Azərbaycan dünyanın ən dilbər guşələrindən biri kimi şöhrət tapıb. Özündə 9 iqlim tipini birləşdirən ölkəmizin səfalı yerləri çoxdur. Belə səfalı yerlərdən biri olan İsmayıllı rayonunda məhşur İstisu kəndi var. Yeni istifadəyə verilən Green House istirahət kompleksi bu kəndin ətəyində yerləşir.

Avropa standartlarına uyğun inşa edilən bu tikili insanların tam istirahəti üçün nəzərdə tutulub. Kompleks 24 lüks mənzil, 16 standart mənzil, 6 kotecdən ibarətdir. Kompleksin 100 nəfərlik banket zalı, 25 nəfərlik konfans zalı Sizin ixtiyarınızdadır.

Green House gələn qonaqların xidmətinə idman kompleksi, internet xidməti, xüsusi telefon qovşağı və TV sistemini təqdim edir. Hovuz kənarında İsmayıllının havasından zövq almağa dəvət edirik. Green House restoranında peşəkar aşpazların hazırladığı milli və avropa mətbəxinin müxtəlif nümunələrini dadmaq, bu gözəlliyə başqa bir keyf və ləzzət qatır. Restoranda canlı musiqi istirahətinizin daha maraqlı, daha zövqlü keçməsinə xidmət edəcək.

Green House barında hər axşam istirahətinizi istədiyiniz kimi keçirəcəksiniz.