Nyu Sfera Şirkətlər Qrupu Azərbaycanın biznes sahəsində 1992 ci ildən fəaliyyət göstərir. Fəaliyyətimizə ilk illərdə kommersiya və ticari təyinatla başlasaqda, sonradan fəaliyyət sahələrimizi genişləndirdik. Şirkətimiz təmir-tikinti, xidmət, turizm, nəqliyyat və digər sahələrdə müvəffəqiyyət əldə etməkdədir.

2006-cı ildə Nyu Sfera Turizm, Nyu Sfera Nəqliyyat, Nyu Sfera İnşaat, Nyu Sfera Ticarət MMC-lər birləşdirilərək Nyu Sfera Şirkətlər Qrupu Təsis edildi.

Daim inkişafda olan şirkətimiz paytaxt Bakı ilə yanaşı regionlarda da fəaliyyətini həyata keçirir və bir sira xarici ölkələrdə də fəaliyyət göstərir.Uğurlarımızı Türkiyə, Rusiya, Ukraina, İran, İtaliya, Çin və s. ölkələrdə dəvam etdiririk. Hazırda Ukraynanın Kiyev şəhərində yüksək mərtəbəli yaşayış binalarının tikintisinə start verilmişdir.

Nyu Sfera şirkəti fəaliyyət dairəsini genişlədərək Ukraynada dəyirman sahəsində uğur qazanmışdır. Ətralı məlumat üçün www.nyusfera.com.ua izləyə bilərsiniz

Şirkətimiz tərəfindən bir çox dövlət sifarişli binalar, Sumqayıt şəhərində, Xaçmaz rayonunda inzibati binalar , Qobustan və Qaradağ rayonlarında Dövlət Yanğın Nəzarət Xidməti binaları və bunlarla yanaşı şəhərimizin mərkəz küçələrində: R.Behbudov küçəsində 21 mərtəbəli 2 ədəd yaşayış binası,Təbriz küçəsində 18 mərtəbəli 4 girişli yaşayış binası, Q.Qarayev prospektində 12 mərtəbəli 5 girişli yaşayış binası, Atatürk prospektində 3 mərtəbəli ofis binası, Ə.Rəcəbli küçəsində 2 ədəd fərdi yaşayış binası, Şıxov qəsəbəsində 4 mərtəbəli fərdi yaşayış binası, Novxanı qəsəbəsində 3 mərtəbəli fərdi villa, Xalqlar dostluğu ticarət mərkəzi, İsmayıllı rayonunda Green House istirahət mərkəzi tikilib istifadəyə verilmişdir.

Şirkətimiz bununla da kifayətlənməyib gənclərimizin xoşbəxt ailə həyatı qurulması yolunda atılan ilk addımlarının mükəmməl və əvəz olunmaz keçirilməsi üçün 3 ədəd yeni müasir və geniş üslubda möhtəşəm Şadlıq Sarayları tikib istifadəyə vermişdir.